“Barselona” prezidenti: "Messi ilə vidalaşmaq istəmirik"

23 Fevral 2018 23:05 (UTC+04:00)

“Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu bildirib ki, klub hər hansı məbləğdə pul müqabilində forvard Lionel Messi ilə vidalaşmaq istəmir.

Ötən ilin noyabrında imzalanmış yeni kontraktın şərtlərinə görə, 30 yaşlı argentinalının transfer qiyməti 2021-ci ilədək 700 milyon avroya qədər artırılıb.

Bartomeu ümidvar olduğunu bildirib ki, Messi razılaşmanın müddətini yenidən uzadacaq və karyerasının sonunadək “Barselona”da qalacaq.