Ər-Riyaddan Berlinə: "Sizin silahlarınıza ehtiyacımız yoxdur"

23 Fevral 2018 22:05 (UTC+04:00)

"Əgər Almaniyanın Səudiyyə Ərəbistanına silah satmaqla bağlı hər hansı bir problemi varsa, onları buna məcbur etməyə ehtiyac yoxdur." Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr deyib.

“Almaniya ilə Səudiyyə Ərəbistanı arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələr mövcuddur. Buna baxmayaraq, özümüzü oyun oynanılan bir vasitəyə çevirmərik. Sizin silahlarınıza ehtiyacımız yoxdur. Başqa yerdən də ala bilərik”, - XİN rəhbəri bildirib.

Qeyd edək ki, Almaniya hökuməti Yəməndə gedən döyüşlərdə iştirak edən ölkələrə silah satışını qadağan edib.