"Azərbaycanın mükəmməl seçki qanunvericiliyi və zəngin təcrübəsi var"

23 Fevral 2018 20:15 (UTC+04:00)

"Azərbaycanın mükəmməl seçki qanunvericiliyi və zəngin təcrübəsi var. İnanıram ki, Azərbaycanda 11 aprel prezident seçkiləri yüksək səviyyədə, beynəlxalq standartlara uyğun keçiriləcək." Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Dimitri Cavaxadze söyləyib. O deyib: “Azərbaycanda seçki mühiti yüksək səviyyədədir. Ona görə də inanıram ki, prezident seçkiləri yüksək səviyyədə, azad və şəffaf keçiriləcək”.

Dimitri Cavaxadze qeyd edib ki, Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.