Sosial müavinətlərin məbləği artırıldı SƏRƏNCAM

23 Fevral 2018 18:31 (UTC+04:00)

Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.