Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib FOTO

23 Fevral 2018 17:00 (UTC+04:00)

Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, 24.02.2018 tarixindən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.