“Baharın 18-ci anı”

24 Fevral 2018 15:18 (UTC+04:00)

Nikaraquanın dünya şöhrətli sirk ulduzu Filip Delqado ilk dəfə martın 16-dan Bakı Dövlət Sirkində “Baharın 18-ci anı” adlı möhtəşəm proqramla çıxış edəcək. SİA-nın məlumatına görə, tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. Proqrama ekzotik və yırtıcı heyvanlar, cəsarət çarxı, möhtəşəm illüziya şousu, jonqlyor, kəndirbazlar, “Run to infiniti” akrobatlar qrupu, hava nömrələri, korde-balet, qeyri-adi işıq və lazer effektləri, şən klonlar və digər nömrələr daxildir.

Biletləri sirkin kassalarından əldə etmək olar.