Vətəndaşlıq mövqeyi...

23 Fevral 2018 16:00 (UTC+04:00)

“Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil”

(Alman atalar sözü)

“Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir”
(V.Hüqo)

“İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır”
(M.T.Sidqi)

Hamınızı mütəşəkkilliklə ümummilli məsələlərdə həmrəyliyə dəvət edirəm, qürbətçi həmvətənlərim!
Vətəndən kənarda, dövlətini, xalqını, onun seçilmiş rəhbərini təmsil etmək və tanıtmaq ikiqat şərəfli və məsuliyyətdir. Buna görə hər birinizi ayrı-ayrılıqda təbrik etmək diləyindəyəm.

Əvvəla, demokratiyanın beşiyi sayılan Amerika Birləşmiş Ştatlarının ən məhsuldar prezidenti 4 dəfə seçilib. Məhz həmin şəxs Franklin Ruzvelt tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Onun ABŞ-ın həyati vacib əhəmiyyətli məsələlərinin həllində müstəsna yeri və rolu vardır.

Bu və ya digər xüsusda, İlham Əliyevin dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi konstitusion olmaqla yanaşı, xalqın böyük əksəriyyətinin arzu və istəyinin ifadəsidir. Demoktariya isə xalqın çoxluğunun sifarişidir.

Hazırda dünyada etalona çevrilən dövlətlərin əksəriyyəti öz dövlət institutunun formalaşdırılması yolunda bu nəzəriyyədə keçmişdir. Dövlət oturuşunca bu təcrübə labüddür.

Bir haşiyə çıxmaq istərdik, bu il qürurla 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin süquta uğramasının səbəblərindən biri də məhz tez-tez hökumətin dəyişməsi idi. Cəmi 23 ay ərzində 5 dəfə Nazirlər Kabineti dəyişib. Bu tarixdən bizə məlum olan sübutdur və yaxud da qiyabi tarix dərsidir. Bunları soyuq başla nəzərdən qaçırmamalıyıq. Onsuz da mürəkkəb beynəlxalq münasibətlər dövründə yaşayırıq.

Prezident, əslində vətəndaşlıq mövqeyi olan hər bir kəsin hörmət edəcəyi və ehtiram göstərəcəyi ali dövlətçilik məqamıdır. Bu kürsü dövlət atributlarından hesab edilməklə, milli heysiyyat və qürur məsələsidir.

Bizcə, parlaq zəkasını və öz xarizmasını Vətənin yolunda səfərbər edən İnsanın səlahiyyətini hər hansısa bir müddətlə məhdulaşdırmaq yalnış yanaşmadır, bunu, nakəslik də saymaq olar. Ən yeni tarixdə Heydər Əliyev ilə bağlı yaş məhdudiyyəti aradan qaldırılmasaydı müasir Azərbaycanın hansı təlatümlərə məruz qalacağını və neçə min kilometir kiçiləcəyini düşünmək heç də çətin deyildir.

Lakin, burada anlaşılmaz məqamlar da vardır:

Bu vaxta qədər bunun əksini düşünən xaricdə yaşayan bəzi soydaşlarımızın potensiallarından doğru-düzgün yola, sosial fəallıqlarını Azərbaycan diaspor və lobbi işinə yönəldilməməsidir.

Əfsus ki, bir qrup yığışaraq Prezidentimiz İlham Əliyevin fəaliyyətinə kölgə salır, fotoşəkilləri yaramazcasına istifadə edir və aqressivlik nümayiş etdirirlər. Belə şəkildə "qara piar" dürüst insana yaraşmaz və yeni dünya nizamında bu sivil insanın mübarizə üsulu deyil məncə.

Buna da səbəbkarlar vardır:
Hanı Azərbaycan Respublikasının yüksək medal və ordenlərini alan diaspor rəhbərləri – nümayəndələri.
Məsələn, Almaniyada 10-dan çox müxtəlif adda Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onlardan da bir neçəsinin nümayəndəsi bu mükafatlarlarla təltif olunub.

Niyə, soydaşlarımızı indiyədək öz ətrafında birləşdirə bilməyiblər.

Bəs, hansı fəaliyyətlərinə görə bu adlara layiq görülüblər.

Zənnimizcə, Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıları bir məqsədlə birləşdirməyi indiyədək bacarmalı idi.

– Milli maraq – dövlət mənafeyimiz naminə.

Unutmayaq, oradakı narazı qüvvələr də bizim soydaşımız, diaspor və lobbi potensialımızdır. Onları bu yerə gətirib çıxarana qədər dinləmək, diqqət və qayğı göstərmək və müvafiq ölçü götürmək lazım idi.

Hələ də gec deyil, çünki, onlar etiraf edirlər ki, "Azərbaycanın vətandaşıdırlar, doğma Vətənlərinin təssübkeşi - qeyrətli övladlarıdırlar"...

Şübhə etmirəm ki, onlar özünütənqidlə sitiuasiyaya baxsalar dərk edərlər ki, dövləti sevmək eyni zamanda onun başında – keşiyində duran şəxsiyyətə hörmət və etiramdır.

Dövləti onun rəhbəri tanıdır və onun simasında tanıyırlar. İlham Əliyev Azərbaycan boydadır, dövlətin adından danışan və onu beynəlxalq aləmdə təmsil edən Bayraqdarıdır.

Gəlin, müqəddəs bayrağımızın yüksəklərdə dalğalanması üçün müsəlləh Bayraqdarımızı qoruyaq.

Dövlət başçısına - Böyükə qarşı təmkinli davranmaq, küfr etməmək milli zehniyyətimizdir və üstünlüyümüzdür. Bu, Dədəmiz Qorqudun mirasıdır Bizə.

Vətən sərhəddən başlayır.
Gəlin, itirdiyimiz həqiqət vardısada əgər, Vətəndə axtaraq və tapaq.

Milli HƏMRƏYlik təvəqqəsi ilə ...
Sizin,
Yəhya Babanlı