Camal Əliyev İngiltərədə çıxış edəcək

24 Fevral 2018 09:10 (UTC+04:00)

Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev martın 3-də İngiltərədə Bolton Simfonik Orkestri ilə birlikdə çıxış edəcək. SİA-ya bu barədə məlumat musiqiçinin və Bolton Simfonik Orkestrinin saytlarında yer alıb. Konsertdə rus bəstəkarlarının əsərləri səsləndiriləcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. İfaçı keçən il “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb. Həmçinin Ceyms Qilkrist və Con Tomlinson kimi musiqiçilərlə birlikdə çıxış edib.