Kadir İnanır yenidən əməliyyat olunacaq

23 Fevral 2018 17:30 (UTC+04:00)

“Yeşilçam” ulduzu Kadir İnanırın səhhətindən gözlənilməz xəbər var. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən həftə beyin damarında yaranmış tıxanıqlıq səbəbindən əməliyyat olunan aktyor bir həftə sonra yenidən əməliyyat masasına uzanacaq. İnanır bu dəfə şah damarından əməliyyat ediləcək. Həkiminin sözlərinə görə, ayağa qalxan və nitqi yerində olan aktyorun həyatı üçün risk faktoru olduğu üçün bu əməliyyata girəcək.