Afrində 1873 terrorçu zərərsizləşdirilib

23 Fevral 2018 12:07 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 1873 terrorçu zərərsizləşdirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təkcə son sutka ərzində İŞİD, PYD və YPG terror qruplaşmaslarının 44 üzvü məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.