Qahirədə ev çöküb, 10 nəfər ölüb

23 Fevral 2018 08:01 (UTC+04:00)

Misirin paytaxtı Qahirədə beş mərtəbəli yaşayış evi çöküb, azı 10 nəfər ölüb. Məlumata görə, hadisə əhalinin yoxsul təbəqəsinin sıx yaşadığı Maşiət Nəsr rayonunda baş verib. Ölənlərin sayının artacağı istisna olunmur.

Yerli statistikaya əsasən, Misirdə 2 milyonadək ev yaşayış üçün təhlükəli hesab edilir.