“Real”ın kapitanı antirekorda imza atıb

23 Fevral 2018 05:06 (UTC+04:00)

“Real”ın kapitanı Serxio Ramos antirekorda imza atıb. Qol.az-ın xəbərinə görə, bu, İspaniya La Liqasının 16-cı turundan təxirə salınmış “Leqanes”lə oyunda baş verib. 32 yaşlı müdafiəçi bu görüşdə ölkə çempionatında 163-cü sarı vərəqəni alıb. Bununla da o, “Ximnastik”in futbolçusu Alberto Loponın antirekordunu (162) yeniləyib.

Qeyd edək ki, Ramos həmçinin, çempionatda ən çox qırmızı vərəqə alan futbolçudur (19 dəfə).