Beyləqanda ölümlə nəticələnən yol qəzası olub

23 Fevral 2018 03:04 (UTC+04:00)

Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Report xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polisində araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.