Mahmud Abbas ABŞ-da xəstəxanaya yerləşdirilib!

23 Fevral 2018 02:03 (UTC+04:00)

Fələstin lideri Mahmud Abbas ABŞ-da xəstəxanalardan birinə yerləşdirilib. Bu barədə “Röyter” fələstinli məmura istinadən məlumat yayıb. “O, hazırda xəstəxanadadır və müayinədən keçir”, - deyə mənbə bildirib.

Qeyd edək ki, hazırda ABŞ-da səfər olan M.Abbas 2 il öncə də ürəyində yaranan narahatlıqdan dolayı İordan çayının qərb sahilində xəstəxanaya yerləşdirilmişdi.