Sankt Peterburqda terror aktının qarşısı alınıb

23 Fevral 2018 01:02 (UTC+04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt Peterburqda terror aktının qarşısı alınıb. Bu barədə FTX-nın mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, saxlanılan Orta Asiya respublikalarından birinin vətəndaşı olan şəxs nəqliyyat infrastrukturuna aid obyektlərə və insanların çox olduğu digər ictimai yerlərə hücumlar törətməyi planlaşdırırmış. FTX-nın hazırda əməliyyat- axtarış və istintaq tədbirlərini davam etdirdiyi bildirilir. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır.