Kseniya Sobçak seçki kampaniyasına 92 milyon xərcləyib

23 Fevral 2018 00:02 (UTC+04:00)

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak seçki kampaniyasına 92 milyon rubl vəsait xərcləyib. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, Sobçakın seçki hesabı 139,7 milyon rubldan artıqdır və fevralın 20-dək 92 milyon rubl xərclənib. Qeyd edək ki, martın 18-də Rusiyada prezident seçkiləri baş tutacaq.