Rusiya: "ABŞ diplomatlarını seçkiyə buraxmayacayıq"

22 Fevral 2018 22:04 (UTC+04:00)

"Rusiya Federasiyasındakı amerikalı diplomatlara Rusiyada keçiriləcək prezident seçkilərini izləmək üçün icazə verilməyəcək." Bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov “İnterfaks”a müsahibəsində deyib.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda çalışan ABŞ vətəndaşları əlbəttə ki, Rusiya Federasiyasının prezident seçkilərində bütün müvafiq funksiyaları yerinə yetirə biləcəklər. ABŞ diplomatları isə bundan məhrum olacaq. Çünki 2016-cı ildə ABŞ-da keçiirlən prezident seçkilərində Rusiya diplomatlarına qarşı eyni cür davranılmışdı”, - Ryabkov bildirib.