“Neftçi"nin boksçuları Bakı birinciliyində 15 medal qazanıblar

22 Fevral 2018 14:57 (UTC+04:00)

Respublika Boks Mərkəzində açıq Bakı birinciliyi başa çatıb. SİA-nın məlumatına görə, 2004-2005-ci il təvəllüdlü boksçular arasında təşkil olunan yarışda 40-a yaxın komandadan 245 idmançı qüvvəsini sınayıb.

“Neftçi İdman Klubu”nun dəri əlcək ustaları paytaxt birinciliyində 15 medala (3 qızıl, 3 gümüş, 9 bürünc) yiyələniblər.

Birincilikdə klubun yetirmələrindən Səid Abdullayev (43 kq), Rəmiş Cəfərov (65 kq) və Kamal Abdullayev (76 kq-dan yuxarı) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.