Livan prezidenti Ermənistanda səfərdədir

22 Fevral 2018 14:02 (UTC+04:00)

Livan prezidenti Mişel Aun Ermənistanda rəsmi səfərdədir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, iki ölkə arasında indiyədək 50-dən çox sənəd imzalanıb.

Ermənistan prezidenti Serj Sarqsyan oktyabrda livanlı həmkarını Yerevanda keçiriləcək Frankofoniya günləri toplantısına dəvət edib.