MOM-un həkimləri Naxçıvanda əməliyyatlar aparacaqlar

22 Fevral 2018 13:32 (UTC+04:00)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyətinin oftalmoloji müayinələr aparmaq məqsədilə bölgələrə üz tutması ənənə şəklini alıb. Mərkəzin oftalmoloqları Naxçıvan Muxtar Respublikasında müayinələr aparmaqda davam edirlər.

Həkimlər Muxtar Respublikanın rayonlarında da müayinələr aparırlar. Xeyirxah peşə sahibləri Kəngərli və Culfa rayonlarında sakinləri müayinədən keçiriblər. Fevralın 23-24-də isə mərkəzin həkimləri Naxçıvan Muxtar Respublika Xəstəxanasında müayinələrlə yanaşı oftalmoloji əməliyyatlar aparacaqlar.