Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə beynəlxalq tribunalda baxılmalıdır

22 Fevral 2018 12:01 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə beynəlxalq tribunalda baxılmalıdır.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bütün beynəlxalq təşkilatlar tanıyır:

"Ermənistan bunu dərk etməlidir. Erməni qoşunları Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmalıdır. Mövcud status-kvo qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin edilməlidir".

XİN rəsmisi bildirib ki, Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi cinayətlər ciddi araşdırılmalı, beynəlxalq tribunalda baxılmalı və qiymət verilməlidir: "Bu prosesdə ikili standartlar mövcuddur. Azərbaycana qarşı ermənilərin törətdiyi cinayətlərin araşdırılaraq beynəlxalq müstəvidə qiymət verilməsi üçün əlimizdən gələni edirik".