"Prezident seçkilərini izləmək üçün beynəlxalq təşkilatlara müraciətlər göndərilir"

22 Fevral 2018 11:58 (UTC+04:00)

Aprelin 11-də prezident seçkilərini müşahidə etmək üçün Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara müraciətlər göndərilir.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi bu məqsədlə BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Azərbaycanın üzv olduğu digər beynəlxalq təşkilatlara dəvət göndərib. Proses davam edir.