Myanmada güclü partlayış olub, 2 nəfər ölüb

22 Fevral 2018 02:03 (UTC+04:00)

Myanmarın Laşo şəhərində güclü partlayış baş verib. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb. İlkin məlumata əsasən, partlayış şəhərdə yerləşən banklardan birində törədilib. Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.