Ermənistana məxsus kvadrokopter ələ keçirilib

21 Fevral 2018 19:27 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq yerə endirilib.