Azərbaycan çempionatına start verilib

21 Fevral 2018 18:10 (UTC+04:00)

Fevralın 20-də Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Azərbaycan çempionatına start verilib. SİA-nın məlumatına görə, şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan şəhərlərindən, Salyan, Gədəbəy, İsmayıllı, Samux və digər rayonlardan 120-ə yaxın idmançı iştirak edir.

Azərbaycan çempionatına fevralın 23-də yekun vurulacaq, qaliblərə diplom və mükafatlar təqdim ediləcək.