Türkiyə ordusu daha 2 şəhid verib

21 Fevral 2018 12:59 (UTC+04:00)

Bu gün Türkiyə ordusu daha 2 şəhid verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şimali İraqda terroristlərlə Türkiyə əsgərlərinin arasında silahlı qarşıdurma baş verib. Atışmada Türkiyə ordusundan iki əsgər şəhid olub.

Hakkari valisi Cüneyt Orxan Topraq bölgədə terroristlərin zərərsizləşdirilməsi üçün əməliyyatların davam etdiyini açıqlayıb.