YAP imzatoplama kampaniyasını başa çatdırıb

21 Fevral 2018 12:44 (UTC+04:00)

Fevralın 16-sı YAP Səbail rayon təşkilatı 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanılması kampaniyasına başlayıb.

SƏBAİL

İlk öncə, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində imza toplayacaq fəallarla görüş keçirilib. Görüşdə imza toplayacaq şəxslərə qanunvericiliyə uyğun olaraq imzatoplamanın bütün prosedur qaydaları ətraflı izah edilib, imzaların düzgün, kənar müdaxilə olmadan, tam şəffaf toplanması üçün müvafiq təlimat və tapşırıqlar verilib.

Fevralın 16-dan etibarən, YAP Səbail rayon təşkilatının seçki qərargahının imzatoplayan fəalları Səbail rayonu 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün işə başlayıblar və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hər bir sakinlə fərdi qaydada görüşərək, imzatoplama prosesini qısa müddət ərzində tam şəffaf və demokratik şəraitdə başa çatdırıblar.

Uğurla həyata keçirilən və seçicilərin yüksək fəallıqla iştirak etdiyi imzatoplama prosesində rayon üzrə ümumilikdə 1225 imza toplanılıb. İmzası ilə seçimini təsdiqləyən Səbail rayonu sakinləri ölkəmizdə aparılan vahid siyasəti ürəkdən dəstəklədiklərini ifadə ediblər. Xüsusi vurğulanıb ki, Azərbaycan xalqı xoşbəxtdir, çünki, bizim belə cəsarətli, milli-mənəvi dəyərlərimizə bağlı və xalqına ləyaqətlə xidmət edən Prezidentimiz var. Səbail seçiciləri yekdilliklə bildiriblər ki, onlar hər zaman olduğu kimi builki seçkilərdə də ən layiqli namizədə, xalqımızın alternativsiz Liderinə səs verəcəklər.

Yoxlanılmış və təsdiq olunmuş imza vərəqələri 19 fevral tarixində YAP-ın Mərkəzi Seçki Qərargahına təqdim olunub.

Onu da qeyd edək ki, YAP Səbail rayon təşkilatında 11 aprel prezident seçkilərinə hazırlıq prosesi ilə əlaqədar 19 nəfərdən ibarət Seçki Qərargahı yaradılmışdır. 45 min seçicinin qeydiyyatda olduğu Səbail rayonu üzrə 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri, ümumilikdə 40 seçki məntəqəsi fəaliyyət göstərir.

OĞUZ

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası Oğuz rayonunda uğurla başa çatmışdır. Bu kampaniyada Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin 7 nəfər fəal üzvü seçici imzalarının toplanmasına cəlb olunmuşdur. Seçici imzaları 117 saylı Oğuz-Qəbələ dairəsi üzrə toplanmışdır. İmzatoplama kampaniyasında

seçicilər yüksək fəallıq və aktivlik nümayiş etdiriblər. Xalqımız, o cümlədən oğuzlular Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti bir mənalı olaraq dəstəkləyir və müdafiə edir. YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsi öz işini bundan sonra da fəaliyyət proqramına uyğun olaraq davam etdirəcək.

QAX

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin namizədliyinin müdafiəsi üçün YAP Seçki Qərargahı Qax rayon şöbəsi imzatoplama kampaniyasına başlayıb. YAP üzvü olan 7 nəfər fəal gənc 112 saylı Qax seçki dairəsinin ərazisindən 350 imza toplayaraq, bu kampaniyanı uğurla başa vurub. İmzatoplama kampaniyasında seçicilər Cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyərək, fəallıq nümayiş etdiriblər. YAP Qax rayon təşkilatı bundan sonra da seçkilərə hazırlıq işlərini YAP Mərkəzi Seçki Qərargahının tövsiyə və tapşırıqlarına uyğun olaraq davam etdirəcəkdir.

ZÜMRÜD