Sabunçuda köməksiz qalan 1 nəfər xilas edilib

21 Fevral 2018 12:11 (UTC+04:00)

Paytaxtda köməksiz qalan 1 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.