“Neftçi” Mateo Mujeklə yollarını ayırıb

21 Fevral 2018 10:32 (UTC+04:00)

“Neftçi” qış fasiləsində transferə çıxardığı Mateo Mujeklə yollarını ayırıb. SİA-nın məlumatına görə, xorvatiyalı müdafiəçinin müqaviləsinə bu gün qarşılıqlı razılaşma əsasında xitam verilib. Məlumatı klubun rəsmi saytı yayıb.

Qeyd edək ki, 23 yaşlı müdafiəçi “Neftçi”yə yay transfer dönəmində Sloveniya “Rudar”ından keçib.