Bərdədə ev yanıb

21 Fevral 2018 03:04 (UTC+04:00)

Bərdədə yanğın baş verib. FHN-nin saytında yer alan xəbərə görə, yanğın Bərdə rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin aynabəndinin yanar konstruksiyaları 12 m2 sahədə və bir otağının tavanı 1 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.