"Türkiyə Suriyada əhəmiyyətli rol oynamağa çalışır"

21 Fevral 2018 02:05 (UTC+04:00)

"Afrindəki hadisələrin beynəlxalq silahlı qarşıdurmaya çevrilməməsi üçün Rusiyanın diplomatik addımlar atması lazımdır." Axar.az xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Dmitri Novikov bildirib.

"Türkiyə əvvəldən olduğu kimi, hazırda da Suriyada çox əhəmiyyətli rol oynamağa çalışır. Çox dramatik bir vəziyyətdir və Rusiya Afrindəki hadisələrin beynəlxalq silahlı qarşıdurmaya çevrilməməsi üçün diplomatik güc sərf etməlidir”, - Novikov qeyd edib.