"Sumqayıt"ın Müşahidə Şurasının iclası keçirilib

20 Fevral 2018 17:44 (UTC+04:00)

Bu gün "Sumqayıt" futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Kamran Quliyevə klubdakı fəaliyyətinə görə təşəkkür olunub, gələcək işlərində uğurlar arzulanıb.

Klubun prezidentinin səlahiyyətlərinin icrası vitse-prezident Vaqif Ömərova tapşırılıb.