Qərbdən radikallara Dadaşbalanın “əlqərəz” prinsipi

20 Fevral 2018 16:55 (UTC+04:00)

Sirr deyil ki, radikal təxəyyüllü müxalifət bir zamanlar tez-tez Qərb təşkilatlarına məxsus fondlarla, eləcə də diplomatik korpuslarla görüşlər keçirir, eləcə də müxtəlif təlimatlar alaraq, həmin təlimatları Azərbaycan dövlətinə qarşı istifadə edirdilər. Hətta səfirlik binalarında radikal müxalifət “liderləri” ilə ziyafətlər təşkil olunur, uzun-uzadı söhbətlər aparılırdı. Bütün bunlar zamanında baş verirdi, lakin sonradan, xüsusilə 2013-cü ildə keçirilmiş prezident seçkisindən sonra həmin ənənə get-gedə pozulmağa başladı. Daha dəqiq desək, radikallar əllərini hazırkı vaxtda da üzməsə də, artıq Qərb onlardan əlini çoxdan üzüb. Artıq nə radikallar aparıcı müxalif siyasi təşkilatlar kimi qəbul edilir, nə də Qərb təşkilatları və dipkorpusları həmin maraqdadırlar.

Başqa tərəfdən, daha bir xatırlatmanı etmək mümkündür. Məsələn, bir neçə ay öncə, ABŞ-ın Azərbaycandakı səfirliyi ilə görüşməyə can atan AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı uzun müddət sonra bu görüşə razılıq ala bilsələr də onlara uzağı 5-10 dəqiqə vaxt ayrıldı. Əgər nəzərə alsaq ki, vaxtilə bu kimi “liderlərə” ziyafətlər verilirdi, indi 5-10 dəqiqəlik görüşün hansı məna kəsb etdiyini anlamaq elə də çətinlik yaratmır. Yəni qısası, musiqili komediyalarımızın birində Dadaşbalanın dediyi kimi, “əlqərəz...əlqərəz..!”

Qərb siyasi dairələri bu faktoru anlayır, anladıqca, radikal müxalifətin arsızlığı, həyasızlığı daha çox üzə çıxmağa başlayır

Bu arada ATƏT DTİHB Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəyini açıqlayıb. Məhz bu faktorun özü də belə deməyə zəmin yaradır ki, istər ATƏT, istərsə də digər Avropa və Qərb qurumlarının maraqları tamamilə dəyişib. Ən azından, 2013-cü ildən bu yana Azərbaycanda daha güclü demokratik mühitin formalaşdırılması, mətbuat və ifadə, eləcə də internet azadlığının tərəqqisi hay-harayçı radikal müxalifətin yalanlarını ifşa edib. Hətta bu ifşanı elə onların xaricdə fəaliyyət göstərən emissarları – “siyasi mühacir” adı altında təhqirlər yağdıran üsnürlər də ediblər. Bu gün on lardan soruşulanda ki, sizin yazdıqlarınıza hər hansı bir maneələr yaradılırmı? Onlar əlbəttə ki, “yox” cavabını verməyə məcbur olurlar. Bu isə onların özlərini ifşası deməkdir. Əlbəttə, Qərb siyasi dairələri bu faktoru anlayır, anladıqca, radikal müxalifətin arsızlığı, həyasızlığı daha çox üzə çıxmağa başlayır. Belə olan halda onlar da “əlqərəz” deyib, daha ön cəki illərdəki bəlli planlarından, eləcə də radikallardan əllərini üzməyə məcbur olurlar. Zatən, belə də olmalı idi...

Rövşən NURƏDDİNOĞLU