Talıb Tale avtomobil qəzasına düşdü AÇIQLAMA

20 Fevral 2018 16:40 (UTC+04:00)

Deyilənlərə görə, müğənni Talıb Tale avtomobil qəzasına düşüb.

Məsələni dəqiqləşdirmək üçün ifaçının özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən Talıb xəbərin düzgün olduğunu söylədi: "Bir neçə gün bundan öncə əmimlə avtomobil qəzası keçirdik. Şükürlər olsun səhhətimizdə heç bir problem yoxdur. Əmimlə rayondan gəlirdik. Maşını da əmim idarə edirdi. Qarşımıza çaqqal çıxdı, vurduq. Amma çaqqal ölmədi, maşın cüzi əzildi".