Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

20 Fevral 2018 14:40 (UTC+04:00)

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 300-dən artıq müracitə baxıb. Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub.