Ərdoğan Xocalı qurbanlarını anıb

20 Fevral 2018 13:56 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində Azərbaycan şəhidlərinin xatirəsini yad edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında çıxışı zamanı Xocalı soyqırımına toxunub.

“Xocalı qətliamı zamanı şəhid olanları, Azərbaycanın bütün şəhid qardaşlarımızı rəhmətlə yad edirik”- deyə, Ərdoğan bildirib.