Məcburi dövlət sosial sığortası üzrə borclar 364 milyon manatdan çoxdur

20 Fevral 2018 12:16 (UTC+04:00)

Bu gün Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclası keçirilib.

SİA-nın məlumatına görə, iclasda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə edilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qanun layihəsi barədə məlumat verib.