Nazarbayevdən yeni fərman

20 Fevral 2018 11:58 (UTC+04:00)

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax dilinin kiril əlifbasından latın əlifbasına keçirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsi nəzərdə tutulur.

Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.