“Çelsi “Barselona”ya, “Bavariya” “Beşiktaş”a qarşı

20 Fevral 2018 12:03 (UTC+04:00)

Fevralın 20-də futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək. SİA-nın məlumatına görə, günün mərkəzi görüşündə İngiltərə təmsilçisi “Çelsi” doğma meydanda İspaniyanın “Barselona” klubunu qəbul edəcək. Bu komandalar sonuncu dəfə 2015-ci ildə qarşılaşıblar. Çempionlar Liqasının yarımfinal mərhələsinə təsadüf edən görüşdə “Çelsi” öz meydanında 1:0 hesablı qələbə qazandığı halda, cavab oyununda 2:2 hesablı heç-heçə edərək finala vəsiqə qazanıb.

Günün digər oyununda isə Türkiyənin “Beşiktaş” klubu səfərdə Almaniyanın “Bavariya” komandasının qonağı olacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.