Sənədlərin MSK-ya təqdim edilməsi prosesi başlayıb

20 Fevral 2018 10:29 (UTC+04:00)

Bu gündən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər. SİA-nın verdiyi məlumata görə, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.

Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.

Qeyd edək ki, bu günədək 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.