Ərdoğan 4 ölkəyə rəsmi səfər edəcək

20 Fevral 2018 09:35 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikanın 4 ölkəsinə rəsmi səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanın Əlcəzair, Mavritaniya, Seneqal və Maliyə səfəri planlaşdırılıb.

Məlumata görə, Türkiyə prezidentinin Afrika turnesi fevralın 26-dan martın 2-dək davam edəcək.