Ukraynalı diplomat Rusiya XİN-ə çağırılıb

20 Fevral 2018 02:41 (UTC+04:00)

Ukraynanın Moskvadakı müvəqqəti vəkili Ruslan Nimçinskiy Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ukrayna tərəfinə ötən gün Kiyevdə “Rossotrudniçestvo” Agentliyinin binasına edilən hücumdan sonra etiraz bildirilib. APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.