Bill Qeyts: "Trampın reformları varlılara sərf edir"

20 Fevral 2018 02:03 (UTC+04:00)

"Donald Trampın vergi reformları layihəsi böyük kapital üçün çox yumşaqdır." Bunu jurnalistlərə açıqlamasında “Maykrosoft”un rəhbəri Bill Qeyts söyləyib. Onun sözlərinə görə, biznesmenlər ABŞ xəzinəsinə daha çox vergi ödəməlidirlər:

“Mən digərlərindən daha çox vergi ödəmişəm. Bu, 10 milyon dollardan çox olub, amma mənim kimi şəxslər daha yüksək vergi tələb etməlidirlər. Sözügedən qanun layihəsindən ən böyük faydanı zəngin adamlar götürəcəklər”.