Yerevanda banka basqın olub

20 Fevral 2018 00:19 (UTC+04:00)

Ermənistanın paytaxtı Yerevanda VTB-nin filialına soyğunçuluq məqsədilə hücum edilib. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, 2 nəfər maskalı şəxs tapança ilə banka daxil olub. Qeyri-rəsmi məlumata əsasən onlar bankdan 7 milyon dram (təxminən 15 min dollar) götürüblər.