Karlo Ançelotti yenidən məşqçiliyə qayıdır

19 Fevral 2018 23:27 (UTC+04:00)

Karlo Ançelotti məşqçilik karyerasını bərpa etməyə hazırlaşır. Qol.az-ın "Mirror"a istinadən yaydığı xəbərə görə, son olaraq "Bavariya"nı çalışdıran italiyalı mütəxəssis İngiltərədə işləmək arzusundadır. London klublarından birinə başçılıq etmək istəyən təcrübəli məşqçi təklif gözləyir.

Qeyd edək ki, Ançelotti 2009-2011-ci illərdə "Çelsi"nin baş məşqçisi olub.