Bu şəxslərə verilən Prezident təqaüdü artırılıb SƏRƏNCAM

19 Fevral 2018 20:04 (UTC+04:00)

Prezident İlham Əliyev şəhid ailəsi üçün, müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən şəhid ailəsi üçün, müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.