Deyim, deməyim?

19 Fevral 2018 17:42 (UTC+04:00)

Bilən varsa, mənə də desin. Bu deyəsən, "bilənlər bilməyənlərə söyləsin" məsəlinə döndü. Ancaq mən nə Əli Kərimlinin özündən, nə onun apardığı siyasətdən, nə də rəhbərlik etdiyi partiyasının siyasi dəsti-xəttindən, ümumiyyətlə, heç nə anlaya bilmirəm. Guya həmişə "siyasi proqnozlar" verməklə, ictimai rəyin diqqətini öz üzərinə çəkmək istəyir. Adama deyərlər, "ayağını yorğanına görə uzat". Di gəl ki, bu proqnozlar heç vaxt özünü doğrultmur. Elə buna görə də, bu "ağıllı da" qüsurların olmasını inkar etmək olmaz. Ona elə gəlir ki, gizli, üstüörtülü siyasət aparmaqla, guya fərqli "lider"dir. Lap dəvəquşunun kolda gizlənməsinə döndü. Çünki AXCP-nin konkret nə ideologiyası, nə də siyasi arenada özünəməxsus bir yeri olmayıb, olmayacaq da. Demək olar ki, AXCP-nin nəyə xidmət etdiyi də məlum deyil. Yox, məlum deyil deyəndə, əslində, nəyə və kimlərə xidmət etdiyi məlumdur, amma özlərini elə aparırlar ki, guya hər şeydən uzaqdadırlar. Amma orasını da deyim ki, ümumiyyətlə, köhnə təfəkkür üzərində siyasi partiya idarə etmək qeyri-mümkündür. Siyasətçi olmasam da, mən bunu qandım, ay camaat, bu niyə qanmır, bilmirəm?!

Ümumiyyətlə, sürətlə inkişaf edən aləmdə siyasi durumlara uyğun çkvik siyasət apara bilməyən müxalifət partiyalarından istefaların və parçalanmaların tez-tez baş verməsi labüddür. Dünyada baş verən dəyişikliklərlə müxalifətçilərin ayaqlaşa bilməməsi göz önündədir. Bu gün dünyada, həqiqətən də, sürətli dəyişikliklər gedir. Amma bəzi siyasi qüvvələrin qabiliyyəti o qədər zəifdir, demək olar ki, yox dərəcəsindədir. Belə qüvvələr dəyişikliyə uyğunlaşa bilmir. Ona görə də, belə qüvvələr köhnə siyasətini davam etdirəndə indiki situasiya ilə

uzlaşa bilmir, ziddiyyətlər yaranır, nəticədə, həmin qüvvələr itkilərə məruz qalır. Di nə məcburdu, nə ölümdü, nə özünüzə əl qatmısınız? Görmürsüz ki, bu, siz girən kol deyil? Atalar demiş: "Qoca var ki, qocalanda mələkləşir, qoca da var qocalanda köpəkləşir". İndi də bunlar, uzun illərin təcrübəsindən sonra müdrikləşmək əvəzinə, daha da aqressivləşirlər. Allah axırlarını xeyir eləsin, yazıqdılar...

Afət TAHİRQIZI