“Pxençan-2018”: Kanadalı fiqurlu konkisürənlər dünya rekordunu yeniləyiblər

19 Fevral 2018 17:12 (UTC+04:00)

Kanadalı fiqurlu konkisürənlər Tessa Virçu və Skott Moyr Pxençanda keçirilən Olimpiya Oyunlarında buz üzərində rəqslərin qısa proqramında balların sayına görə özlərinə məxsus olan dünya rekordunu yeniləyiblər. SİA-nın məlumatına görə, fevralın 19-da Virçu və Moyrun çıxışları 83,67 balla dəyərləndirilib. Qısa proqramda bundan əvvəlki rekorda - 82,68 bala cütlük 2017-ci ilin oktyabrında Kanadada keçirilən Qran-Pri seriyası mərhələsində imza atıb.