Narışkin Ermənistanda nəyi müzakirə etdi?

19 Fevral 2018 14:06 (UTC+04:00)

Rusiya Xarici Kəşfiyyat İdarəsinin (XKİ) rəhbəri Sergey Narışkin Ermənistana səfərə gedib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Narışkin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Gergi Kutayanla görüşüb.

Görüş zamanı tərəflər beynəlxalq terrorizmlə mübarizə məsələlərini müzakirə edib.