YAP Goranboy rayon təşkilatı seçkilərə hazırlaşır

19 Fevral 2018 13:41 (UTC+04:00)

11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən Prezident İlham Əliyevə imza toplama kampaniyası Goranboy rayonunda da uğurla davam etdirilir. Belə ki, partiyanın fəalları müvafiq tədbirlər çərçivəsində imzatoplama kampaniyasını kənd və qəsəbələrdə armaqdadırlar. Rayon sakinləri də qeyd edirlər ki, onlar seçki günündə fəal iştirak edərək, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməklə, ölkəmizin daha uğurlu inkişafına dəstək göstərəcəklər.